CəmiyyətHadisəManşetSağlamlıq

Peyvənd saxtakarlığında məmur izi – Əli Nağıyevə müraciət (FOTO)

Ağcabədi rayonun Avşar kəndində COVİD-19 virusuna qarşı peyvəndlənmə zamanı baş verən saxtakarlıqla bağlı AzToday.az-a məlumatlar daxil olub.

Qeyd edək ki, “Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin Avşar kənd həkim məntəqəsində 70 nəfərə yaxın şəxsə saxta COVİD-19 pasportu verilib. Saxta COVİD-19 pasportu verilənlər arasında Ağcabədi rayon sakinləri ilə yanaşı Bakı, Sumqayıt, Masallı, Kürdəmir və digər bölgələrdən olan şəxslər də var.

AzToday.az-a daxil olan məlumata görə, Ağabədi rayon sakini Şirinov Vətən Pöhrüz oğlu Avşar kəndində COVİD-19 virusuna qarşı peyvəndlənmə zamanı baş verən saxtakarlıqla Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edib. Bir sürəti də redaksiyamıza daxil olan müraciətdən aydın olur ki, Şirinov Vətən Pöhrüz oğlu vətəndaşlara saxta COVİD-19 pasportu verilməsində Avşar kənd Tibb Məntəqəsinin həkimi Əyşən Ələkbərovanı və onun yaxın qohumu, Ağcabədi Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hüseynov Hafiz Ədalət oğlunu ittiham edir. Vətən Şirinov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciətində yazır ki, peyvəndləmə saxtakarlığı maddi maraq müqabilində həyata keçirilib.

Müraiətdən aydın olur ki, saxta peyvəndləmə ilə bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır. Ancaq Ağcabədi Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hafiz Hüseynovun məsuliyyətdən kənarda qalmasısna yönəlik addımlar atıldığı ilə bağlı iddia artıq araşdırmanın formal xarakter aldığını göstərir.

Vətən Şirinov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraiət edərək Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin Avşar kənd Tibb Məntəqəsində 70 nəfərə yaxın şəxsə saxta COVİD-19 pasportu verilməsi ilə bağlı cinayət işini nəzarəti altına almasını, Ağcabədi Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hüseynov Hafiz Ədalət oğlunun məsuliyyətdən kənarda qalmamasını təmin etməyi xahiş edir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button