Digər

Putinin əsas düşməni “Azadlıq cəngavəri” mükafatına layiq görülüb

Postsovet məkanında diktatura və avtoritarizmə qarşı mübarizənin simvoluna çevrilən Rusiya müxalifətinin lideri Aleksey Navalnı Polşanın Kazimir Pulavski Fondunun “Azadlıq cəngavəri” mükafatına layiq görülüb.

Polşa və ABŞ-ın azadlığı uğrunda mübarizənin qəhrəmanlarından olan general Kazimir Pulavski Fondunun təsis etdiyi bu mükafata dünyada demokratiyanın, azadlığın və bərabərliyin inkişafına əhəmiyyətli töhfə verənlər layiq görülür.

Rusiyada Vladimir Putinin hibrid rejiminə qarşı güzətsiz mübarizənin lideri olan Aleksey Navalnı bu mükafatdan öncə isə Cenevrə İnsan Haqları Forumunun və Boris Nemtsov Fondunun mükafatlarına layiq görülüb. Navalnı layiq görüldüyü mükaftların pul hissəsini siyasi məhbusların ailələri arasında paylayıb.

Aleksey Navalnı Nobel sülh mükafatına əsas namizəd hesab olunur.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button