Dünya

Makron məsuliyyətsiz bəyanatı ilə aləmi bir-birinə qatdı

“Prezident Emmanuel Makron Əlcəzairi ölkənin daxili işlərinə müdaxilədə ittiham edib. Bu məsuliyyətsiz bəyanatı qəti şəkildə qəbul etmirik”

Qaynarinfo xəbər verir ki, bu barədə Əlcəzair Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Əlcəzair prezidenti Abdelmajid Tebbun Makronun bu açıqlamasına görə səfiri geri çağırıb:

“Səfirin Parisdən geri çağırılması qərarı Fransa prezidentinin məsuliyyətsiz bəyanatları ilə əlaqədar qəbul edilib. Əlcəzair Fransanın daxili işlərinə heç bir müdaxiləni qəti şəkildə qəbul etmir”.

Qeyd edək ki, Makron daha əvvəl “Le Monde”yə verdiyi müsahibədə Əlcəzairin tamamilə yenidən yazılmış rəsmi tarixə malik olduğunu bildirib.

Bənzər yazılar

Back to top button