GündəmManşetSiyasət

“HEÇ KİM BİZİM İŞİMİZƏ BURNUNU SOXMASIN!” – Prezidentdən Tehrana daha bir sərt mesaj

“Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik”

Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. Bu 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Biz indi bunu araşdırırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib: “Yoxsa durduğu yerdə Azərbaycanı burada ittiham etmək ki, Azərbaycan hansısa ölkəni Azərbaycana gətirib. Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu, bizə qarşı hörmətsizlikdir. Bunu biz heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın”

“Biz heç kimin sərhədini pozmamışıq. 1920-ci ilin xəritələri, Çar Rusiyasının xəritələri var. Gəlsinlər, görsünlər sərhəd haradan keçir. Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik” – deyə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı deyib: “İndi Ermənistan rəhbərliyi açıq-aydın ən yüksək səviyyədə bəyan edir ki, Azərbaycan haqlı olaraq Gorus-Qafan yolunun müəyyən hissəsində yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir. Başqası deyir ki, biz kiminsə sərhədini pozmuşuq, bu gülməlidir. Ona görə regionda yeni dövr başlayır. Biz hesab edirik ki, bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır”.

Prezident vurğulayıb ki, Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də bu iradə olarsa, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər, bölgədə uzunmüddətli sülh ola bilər.

Bənzər yazılar

Back to top button