Dünya

Rusiyaya işləyən britaniyalı mühafizəçi, iranlı qardaşlar

58 yaşlı Deyvid Ballantayn Smit məhkəmədə motivləri barədə suala cavab verərkən “vətəninə nifrət etdiyini” deyib

Britaniyanın Almaniyadakı səfirliyinin mühafizə xidmətinin əməkdaşı Rusiyaya məxfi informasiyalar ötürməkdə ittiham olunur.

AFP agentliyinin yazdığına görə 58 yaşlı Deyvid Ballantayn Smit məhkəmədə motivləri barədə suala cavab verərkən “vətəninə nifrət etdiyini” deyib.

Berlindəki səfirlikdə 8 il mühafizəçi işləmiş Smit əlavə edib ki, o Britaniyaya həm də ölkəsinin LGBT-nin göy qurşağı bayrağını qaldırdığına görə nifrət edir.

O ötən həftə ona qarşı irəli sürülmüş 8 ittihamı qəbul edib. Smitin 9-cu ittihamı qəbul etməməsi məlumatın mediada yayılmasının qarşısını alırdı. Bu səbəbdən Smitə qarşı 9-cu ittiham geri götürülüb.

Səmərqənd sammitində (soldan sağa) – Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Türkiyə prezidenti Recep Tayyip Ərdoğan və Özbəkistan lideri Şavkat Mirziyoyev

Bu da xəbər verilir ki, Smit qazancının imkan verdiyindən xeyli yaxşı yaşasa da, onu Potsdamdakı evində həbs edən Almaniya polisi yalnız 800 avro nəqd pul tapıb.

Onun elektron cihazlarından habelə 2020-ci ilə aid məktubun qaralaması tapılıb.

O bu məktubda bir Rusiya diplomatına öz xidmətlərini təklif edirdi.

Bu arada İsveç prokurorları əslən iranlı iki qardaşı Rusiyaya casusluq etməkdə ittiham ediblər.

Prokurorlar bildirirlər ki, qardaşların Rusiya xüsusi xidmətlərinə ötürdükləri informasiyalar İsveçin milli dövlət təhlükəsziliyinə ciddi hədə yaradıb.

AP xəbər verir ki, 42 yaşlı Peyman Kiya və 35 yaşlı Payam Kiya ötən il həbs olunublar və əvvəlcə bütün ittihamları rədd ediblər.

İstintaq materiallarında deyilir ki, qardaşlar 2011-ci ildən başlayaraq Rusiya Baş Kəşfiyyat İdarəsinə (GRU) tamamilə məxfi məlumatlar ötürüblər.

Qardaşlardan biri sözü gedən dövrdə İsveç Təhlükəsizlik Polisində və Silahlı Qüvvələrdə işləyib.

Cinayət istintaqının böyük bir hissəsinin məxfi olduğu xəbər verilir.

Bənzər yazılar

Back to top button