
AZAL Ermənistanın hava məkanından istifadə etməyə başladı.
AzToday.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Qeyd edilir ki, Azərbaycan Hava Yolları oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı daxili reysini həyata keçirərkən Ermənistan ərazisindəki hava məkanından istifadə etməyə başlayıb.
Məlumata görə, İran Bakı-Naxçıvan-Bakı mülki aviareyslərin öz hava məkanı üzərindən həyata keçirilməsinə də qadağa qoyub.