İdman

“Pandora Dosyesi”ndə yer alan futbol adamları – ARAŞDIRMA

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) dünyada minlərlə insanın ofşor hesabları ilə bağlı “Pandora Dosyesi” adlı məqalə dərc edib.

Fanat.Az xəbər verir ki, siyahıda futbol camiəsindən üç nəfər yer alıb – Pep Qvardiola (Pep Guardiola), Karlo Ançelotti (Carlo Ancelotti) və Anxel Di Maria (Angel Di Maria).

Papa Karloya məxsus 25 milyon dollar Britaniya Virciniyası adalarında “Vapia Limited” şirkətinin idarəçiliyi altındadır.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın 500 milyondan artıq (dəqiq məbləğ məlum deyil) puluna Andorrada fəaliyyət göstərən ofşor şirkəti nəzarət edir.

Anxel Di Mariya isə Panamada 2009-cu ildə yaranmış şirkətin sahibidir. Futbolçunun Coca-cola, Adidas və Nivea kimi şirkətlərdən əldə etdiyi gəlir İspaniya və Fransa qanunvericiliyindən gizli şəkildə məhz həmin şirkətə ötürülür.

Bənzər yazılar

Back to top button