ManşetSiyasət

Şuşa Mədəniyyət Evində erməni polislərin məhv edilməsindən YENİ DETALLAR

“2020-ci il oktaybrın 4-də Şuşa Mədəniyyət Evinin raket atəşinə tutulmasının bəzi detalları, polisdə hökm sürən cinayətkar qarışıqlıq və səriştəsizlik haqqında az adam bilir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Məlumatlı Vətəndaşlar Birliyinin koordinatoru, İctimai Şuranın üzvü Daniel İoannisyan “Facebook” səhifəsində yazıb.

O bildirib ki, oktyabrın 4-də polisin Şirak, Lori və Tavuş vilayəti idarələrinin təxminən 500 əməkdaşı Lori vilayəti idarəsinin rəisi, polkovnik Tiqran Karapetyanın komandanlığı altında cəbhəyə göndərilir.

“Avtomobil karvanı Şuşaya çatanda Xankəndidə hava həyacanı qoşulur və hələlik Şuşada dayanmaq qərarı qəbul edilir. Tiqran Karapetyanın əmri ilə 500 polis Mədəniyyət Evində (onun zirzəmilərində) yerləşir. Polislər arasında müəyyən bir şikayət başlayır ki, onlara yaşıl kamuflyaj verməyiblər və mavi kamuflyajla cəbhəyə göndərilirlər. Polkovnik Karapetyan nə polisləri yolu davam etdirmələrinə inandıra bilir, nə də yaşıl forma tapa bilir. Ordunun komandirinin şəxsi heyət üzrə müavini, mərhum Artur Sarkisyan polislərlə müzakirə üçün Şuşaya gəlir. 500 nəfərin bir yerə toplandığının artıq çox təhlükəli olduğunu dərk etmədən polislərə zirzəmidən dəhlizə qalxmağı tapşırırlar.

Dəhlizə toplaşan zaman ballistik raket binanın damına zərbə vurur, nəticədə 27 polis ölür, çoxları yaralanır. Az sonra Arman Babacanyanla öyrənirik ki, bənzər şey olub. Yardım göstərmək üçün dərhal istiqamətlənirik və total qarışıqlığa şahid oluruq. Yerli əhali ilə danışaraq zərbədən sonra müxtəlif yerlərə sığınmış tavuşlu və lorili polislərin qruplarını tapırıq.

Aralarında yaralılar var idi, onlara hələ heç kim yardım nümayiş etdirməmişdi. Qruplar bir-birləri haqqında bilmirdilər, komandirlərinin kim və harada olduğunu bilmirdilər. Az sonra təzə yuyulmuş avtomobillərlə və parlayan ayaqqabılarla polisin rəhbər heyətinin nümayəndə heyəti Şuşaya gəlir. Nümayəndə heyəti bu 500 polisin siyahısına sahib deyildi, zərbədən sonra müxtəlif yerlərə sığınmış polislərin olduğu yer haqqında fikrə sahib deyildi, neçəsinin öldüyünü bilmirdi.

Polis rəhbərliyinin Şuşa bölməsində necə oturub ora-bura zəng edərək 500 nəfərin arasında kimlərin olduğunu öyrənməyə çalışdığını gördüyümüzdə gözlərimizə inanmadıq. Və hətta bu şəkildə tərtib edilmiş siyahıda mən və Babacanyan Arman tərəfindən tapılmış, xilas edilmiş polislərdən bəziləri yox idi.

Beləliklə də azərbaycanlıların Mədəniyyət Evində 500 polisin varlığı haqqında necə öyrəndiyi məlum olmadı. Lakin 500 polisi Mədəniyyət Evinin dəhlizində toplamaq əmri cinayətkar əmr olub, bu əmr nəticəsində ballistik raket zərbəsi ilə 27 polisi öldürmək və qalanını demoralizasiya etmək mümkün oldu.

Hətta yaralanmayanlar artıq mənəvi cəhətdən cəbhəyə göndəriləsi vəziyyətdə deyildilər və cəbhə 500 yeni döyüşçüdən ibarət olan qüvvə almadı. Sabah cinayət haqqında hesabat verdik, 500 polisi Mədəniyyət Evinin zirzəmisindən çıxarmaq və dəhlizdə toplamaq əmrini verməyin cinayət-hüquqi qiymətləndirmə alacağını gözlədik.

Lakin hətta polkovnik Tiqran Karapetyan (hazırda Araqatsotn idarəsinin rəisidir) cinayət məsuliyyətinə cəlb edilsə belə, yenə də problemin sistemli olduğunu nəzərə almalıyıq: Lorinin polis rəisinə heç kim heç vaxt ballistik raketlərin olduğunu və bununla tabeliyində olanları ölüm təhlükəsi altında qoymamaq üçün nə etməsini öyrətməyib?”, – deyə erməni ictimai xadim bildirib.

https://www.facebook.com/danioanis

 

Bənzər yazılar

Back to top button