Siyasət

Azərbaycan və RF prezidentlərinin telefon söhbəti

Bu gün Azərbaycan prezidenti İlham Əliyev RF dövlət başçısı Vladimir Putinə zəng edib və onu ad günü münasibətilə təbrik edib.

Əliyev Rusiyalı həmkarına “ölkənin inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı” arzulayıb, xəbəri Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.

Putin öz növbəsində göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı bölgədəki vəziyyət müzakirə edilib. (Turan)

Bənzər yazılar

Back to top button