Siyasət

Siyasi fəal zorla Polisə aparıldı və …

Hakimiyyət Bakıda keçirilən Avropa Oyunları zamanı olduğu kimi Formula-1 turnirində də media və sosial şəbəkələrdə tənqidi fikirlərin olmasına dözümsüz yanaşır.

Artıq onlarla fəala təzyiq göstərilərək, tənqidi yazıların dayandırılması tələb olunub.

Azərbaycan Liberal Demokrat Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, keçmiş OMON-çu, siyasi fəal Balaş Əliyev iyunun 14-də zorla Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Bu hal Balaş Əliyevlə bağlı birinci dəfə baş vermir. May ayının əvvəlində, daha doğrusu İslam Həmrəyliyi Oyunlarından əvvəl də Balaş Əliyev Polisə aparılaraq, orda sosial şəbəkələrdə yazdığı tənqidi statusları sildirilib.

Qeyd edək ki, Balaş Əliyev 1995-ci ilin mart ayında baş verən OMON hadisələrində zamanı dövlət çevrilişində cəhddə ittiham olunaraq həbs olunub. Sosial şəbəkələrdə Balaş Əliyev fəallığıyla diqqəti cəlb edir.

Bənzər yazılar

Back to top button