İqtisadiyyatManşet

Baba Rzayev və Vüqar Əhmədov niyə “gözdən düşüb”?

Ölkə prezidenti İlham Əliyevin ötən ilin yekunlarına dair keçirdiyi müşavirə bir çox məqamlarla yadda qaldı. Yadda qalan əsas məqamlardan biri də işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək enerji layihələrindən ətraflı söhbət açılsa da, bu məqamda əsas söz deyəcək məmurlar Baba Rzayevlə Vüqar Əhmədov olsa da hər iki rəhbər diqqətdən kənarda qaldı və onlara söz verilmədi.

Müşavirədə Energetika naziri Pərviz Şahbazov danışdığı üçün “Azərenerji” və “Azərişıq” rəhbərlərinə söz verilməməsi adi hal kimi görünə bilər. Lakin nəzərə alsaq ki, hazırda işğaldan azad olunmuş ərazilərin elektrik enerjisi ilə təmin olunması sahəsində böyük işlər həyata keçirilməlidir və yeni elektrik stansiyaları, o cümlədən paylayıcı yarımstansiyalar tikilməlidir, o zaman bütün bu işlərə görə birbaşa məsuliyyət daşıyan və icraçı qurumlar olan “Azərenerji” və “Azərişıq” rəhbərlərinə söz verilməməsi təəcüblə qarşılanmaya bilməz.

İşğaldan azad olunmuş ərazilərin elektrik enerjisi ilə təminatını bərpa etmək üçün “Azərenerji” ASC və “Azərişıq” ASC-nin tam imkanları olduğu halda, bu işlərin həyata keçirmək üçün xarici şirkətlərlə müqavilələrin hazırlanması da diqqətcəkici məqamdır.

Qeyd edək ki, “Azərenerji” və “Azərişıq” rəhbərlərinə qarşı soyuq münasibət ötən ilin əvvəllərindən hiss olunmaqdadır. Ötən il hər iki qurum arasında davam edən nüfuz müharibəsini, dövlət başçısının onların fəaliyyətindən narazılığını yada salanda, müşavirə zamanı həmin şəxslərin diqqətdən kənarda qalmasının əsas səbəbi bəlli olur. Böyük ehtimalla Baba Rzayevin “Azərenerji”yə rəhbər təyin olunandan bəri hələ də ciddi nailiyyətlərə imza ata bilməməsi, enerjisini daha çox “Azərişıq” ASC-ni öz nüfuz dairəsində saxlamaq üşün sabiq müavininə qarşı intriqalara baş vurması heç kimə sirr deyil. Hər halda, həm “Azərenerji”, həm də “Azərişıq” rəhbərinin etimadı doğrultmamaları ilə bağlı söz-söhbət çoxdan yaranıb.

Xatırladaq ki, ötən il “Azərişıq” ASC-nin mərkəzi ofis binasının açılışnda prezident iştirak etməmişdi. Bu da öz növbəsində Vüqar Əhmədovun prezidentin etimadını doğrultmaması ilə bağlı söz-söhbətin yaranmasına səbəb olmuşdu.

Əldə etdimiz məlumata görə, Baba Rzayevin fəaliyyəti də böyük “xəyal qırıqlığı” yaradıb. Bunlardan biri onun keçmiş müavini Vüqar Əhmədova qarşı müxtəlif intriqalarla “Azərişıq”da ikitirəliyin yaranmasına səbəb olmasıdırsa, digər səbəblərdən biri isə Baba Rzayevin vəzifəyə təyin aldıqdan sonra cadugərın köməyindən istifadə edərək yeni kabinetini “təmizləməsi” ilə bağlı görüntülərin internet resurslarda yayılması olub.

Bundan başqa, Baba Rzayevin prezidentə yalan deməsi də gözdən düşməsinə və ona olan etimadın tam qırılmasına səbəb olub. Belə ki, ötən ilin əvvəlində prezident tərəfindən qəbul olunan “Azərenerji” rəhbəri bildirmişdi ki, Bakı Metropoliteni tam olaraq alternativ enerji mənbəyi ilə təmin olunub və alınan generatorlar artıq sistemə qoşulub. Lakin Baba Rzayev prezidentə Bakı Metropoliteninin fasiləsiz enerji ilə təmin olunması ilə bağlı verdiyi sözdən bir neçə gün sonra Metropoliteni enerji ilə təmin edən yarımstansiyada baş verən qəza nəticəsində metroda qatarlar tunellərdə qaldı. Doğrudur, qəzanın nəticələri qısa bir zamanda aradan qaldırıldı, lakin Baba Rzayevin prezidentə yalan söyləməsi də ortaya çıxmış oldu.

Təsadüfi deyil ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər ordumuz tərəfindən azad edilmiş ərazilərimizdə onların görəcəkləri işlər xarici şirkətlər tərəfindən həyata keçiriləcək və bu da bir daha onu göstərir ki, istər Baba Rzayev, istərsə də Vüqar Əhmədov etimad limitlərini bitiriblər…

Qeyd edək ki, ötən ay Türkiyə və İtaliya şirkətləri ilə azad olunmuş ərazilərimizdə energetika infrastrukturunun bərpası məqsədilə razılıq əldə edilib.

P.S. Diqqət çəkən məqamlardan biri də hər iki məmurun müşavirədə nəzərdən kənarda saxlanmalarına qarşı göstərdikləri davranışdır. Belə ki, bu yazı sayta qoyulana qədər Prezidentin keçirdiyi müşavirınin materialları bir sutkadan artıq vaxt keçməsinə baxmayaraq, hər iki şəxsin rəhbərlik etdikləri qurumların rəsmi veb səhifələrinə yerləşdirilməmişdi.

pia.az

Bənzər yazılar

Back to top button