Dünya

Sidney qarışdı: minlərlə insan baş nazirin istefasını tələb edir (VİDEO)

Avstraliyanın paytaxtı Sidneydə minlərlə insan etiraz aksiyası keçirib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, nümayişçilər baş nazir Skott Morrisonun istefasını tələb edirlər. Aksiyaya qatılanların əksəriyyətinin tələbələr və “Məhv etməyə qarşı etiraz” hərəkatının üzvləri olduğu bildirilir. Onlar hökuməti iqlim məsələsinə kifayət qədər diqqət yetirməməkdə və yanğınların öhdəsindən gələ bilməməkdə ittiham edirlər. Fəallar yeni və ekoloji cəhətdən daha təmiz enerjiyə keçməyə çağırırlar.

Aksiyalara 20 minə yaxın insanın qatıldığı bildirilir.

Bənzər yazılar

Back to top button