Siyasət

“Sonuncu prezident” Şahramanyanın da həbs edildiyi bildirilir

Özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin “sonuncu prezidenti” Samvel Şahramanyanın da Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edildiyi bildirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilir ki, “Artsax qəhrəmanı” Vitali Balasanyan və “Artsaxın müdafiə komandanı”, “general” Kamo Vardanyan isə hələ də Xankəndidədir.

Qeyd olunur ki, “onların taleyi bu gün həll olunacaq”.

Xatırladaq ki, qondarma rejim məhz saxlanıldığı deyilən S. Şahramanyanın “fərmanı” ilə özünü buraxıb.

Bənzər yazılar

Back to top button