Dünya

İranda daha bir yüksək vəzifəli şəxs koronavirusa tutuldu

İranın Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar da koronavirusa tutulub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Əli Bəxtiyari açıqlama verib. O, Nəccarın ötən həftə müayinəyə getdiyini və nəticələrin müsbət çıxdığını bildirib.

Bəxtiyari qurum sədrinin bir neçə gündür xəstəxanadan müalicə aldığını, vəziyyətinin yaxşı olduğunu və bu gün evində karantinə alınacağını deyib.

Qeyd edək ki, İranda bu vaxta qədər aralarında yüksək vəzifəli şəxslərin də olduğu 194 nəfər yeni növ koronavirsu səbəbindən həyatını itirib.

Bənzər yazılar

Back to top button