İdman

“Real” bir oyunda 9 qol vuran futbolçunu istəyir

“Real” Avstriyanın “Zaltsburq” klubundan Erlinq Holandı heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, Madrid klubu 19 yaşlı hücumçunun transferini gələn yay reallaşdırmaq niyyətindədi.

Qeyd edək ki, Holand Çempionlar Liqasının qrup mərhələsinin I turunda Belçika “Genk”ini 6:2 hesabı ilə məğlub etdikləri matçda het-trik edib. O, bu mövsüm 11 oyuna 18 qol vurub və 5 əhsular ötürmə edib. Norveçli forvard 20 yaşadək futbolçular arasında dünya çempionatında Hondurası 12 cavabsız qolla məğlub etdikləri görüşdə 9 qolun müəllifi olub.

Bənzər yazılar

Back to top button