Dünya

Almaniyanın vitse-kanslerinin evinə 14 nəfər hücum edib

Ötən gecə bir qrup naməlum şəxs Hambuqr şəhərində yerləşən Almaniyanın vitse-kansleri, həmçinin maliyyə naziri Olaf Şolçun evinə hücum edib.

Təxminən 14 nəfərdən ibarət olan qrup Şolçun evinin qarşısındakı avtomobilin təkərlərini yandırıb. Daha sonra binanın divarına boya dolu butulkalar atıblar və hadisə yerini tərk ediblər.

Hazırda polis faktla bağlı araşdırma aparır. Hadisə baş verən zaman vitse-kansler evdə olmayıb. Kansler Angela Merkellə birgə G20 sammitində iştirak etmək üçün Buenos-Ayresə yollanıb. (Qafqazinfo.az)

Bənzər yazılar

Back to top button