Dünya

Daha bir jurnalist öldürüldü

Mərkəzi Amerika ölkəsi olan El Salvadorda Karla Lisset Turkios adlı jurnalist öldürülüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, “El Economista” jurnalında müxbir kimi çalışan qadın jurnalist evindən qaçırılıb. Onun cəsədi bir neçə saat sonra paytaxt San Salvadorun şimal-şərqində yol kənarında tapılıb.

33 yaşlı Karla Lissetin oğlu və həyat yoldaşı evə gələndə onu tapmayıb və jurnalistin telefonuna zəng çatmayıb.

Roman Katolik Kilsəsinin baş yepiskopu Xose Luis Eskobar Alas cinayəti cəmiyyətə qarşı vəhşi hücum kimi qiymətləndirib.

Bənzər yazılar

Back to top button