İdman
Ronaldo Corcinaya “Bentley” hədiyyə etdi – FOTO
Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigesə yeni hədiyyə bağışlayıb.
Qol.az xəbər verir ki, bu barədə Corcina öz İnstaqram hesabında paylaşım edib. 36 yaşlı hücumçu əkiz uşaq gözləyən xanımına yeni “Bentley avtomobili alıb.
Qeyd edək ki, 5 ilə yaxındır bir yerdə olan cütlüyün qızı Alana üç yaşındadır. Ronaldonun 11 yaşlı Kriştiano-Junior, 4 yaşlı əkizlər Yeva və Mateo adlı uşaqları da var.