Cəmiyyət

AQTA qida zəhərlənmələrindən qorunmaq üçün əhaliyə müraciət edib

Qida Təhlükəsizliyi Agentliyi qida zəhərlənmələrindən qorunmaq üçün diqqət edilməli məqamları açıqlayıb.

AzToday.az verir ki, həmin məqamlar aşağıdakılardır:

– İstifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək;

– Pasterizə olunmamış süd və süd məhsullarından istifadə etmək;

– Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istehlak etməmək;

– Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuduqdan sonra istehlak etmək;

– Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirmək;

– Yeməkləri günlük olaraq hazırlayıb, artıq qalanını isə bir dəfədən çox isitməmək;

– Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək.

Bənzər yazılar

Back to top button