İqtisadiyyat

Bakı meriyası “Gəmiqaya-S” MMC-yə tender verdi

Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müsəssisələri və Uşaq Evləri İdarəsi “Gəmiqaya-S” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 15 760.08 AZN təşkil edən müqavilədə Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları, uşaq evlərində elektrik avadanlıqları üçün ehtiyat hissələrinin və mühərriklərin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Gəmiqaya-S” MMC 14 fevral 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Hüseynova Nigar Ənvər qızıdır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Açıq mənbələrdə Nigar Hüseynova barəsində hər hansı məlumat yoxdur. “Gəmiqaya-S” MMC-nin adı isə Azərbaycanın ən iri holdinqlərindən olan “Gəmiqaya Holdinq”in adı ilə üst-üstə düşür. MMC-nin “Gəmiqaya Holdinq”ə aid olub-olmadığını öyrənmək üçün sözügedən şirkətlə əlaqə saxladıq. Holdinqdən bildiridilər ki, “Gəmiqaya-S” holdinqə daxil olan şirkətlərdən biridir. Adının qarşısındakı “S” MMC-nin sənaye sahəsi üzrə fəaliyyət göstərdiyinə işarədir.

“Gəmiqaya Holdinq” Naxçıvan Muxtar Respublikasından fəaliyyət göstərir. Şirkətin Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbova məxsus olduğu bildirilir. Bu barədə mediada da çoxsaylı materiallar dərc olunub.

Araşdırmalarımız zamanı o da məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müsəssisələri və Uşaq Evləri İdarəsi bundan əvvəl “Gəmiqaya-S” MMC ilə 5 satınalma müqaviləsi imzalayıb. Müqavilələrin ümumi maliyyə dəyəri 471 893 manat təşkil edib. Müqavilələrdə qızartma şkafından tutmuş, ətçəkən maşına qədər ən müxtəlif avadanlıqların alınması nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button