Dünya

Təbriz meri koronavirusa yoluxdu

Cənubi Azərbaycanın Təbriz şəhərinin meri İrəc Şəhin Bahər koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, bu barədə mer özü açıqlayıb. O, həkim nəzarəti altında evdə karantində olduğunu bildirib.

Bu arada İranda koronavirusdan ölənlərin sayı daha 117 nəfər artıb. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 4 min 474-ə çatıb.

Virusa yoluxanların sayı 71 min 686 nəfərə çatıb. Son sutka ərzində ölkə ərazisində 1657 yeni yoluxma faktı qeydə alınıb.

Bənzər yazılar

Back to top button