İdman

“Legiya”nın idman direktorundan Mahirin gələcəyi ilə bağlı açıqlama

Millimizin futbolçusu Mahir Emreli “Legiya”dan ayrılmayacaq.

Qol.az xəbər verir ki, bu barədə Polşa klubunun yeni idman direktoru Yatsek Zelinski TVPSPORT-a müsahibəsində deyib. O bildirib ki, 24 yaşlı hücumçu ilə yanaşı, Mateuş Veteska və Bartoş Sliş də Varşava təmsilçisində qalacaq: “Deyəsən, əsas komandadan heç kim getməyəcək. Bu günə olan vəziyyət belədir”.

Qeyd edək ki, M.Emreli “Legiya” ilə yayda 3+1 illik müqavilə imzalayıb. “Legiya” fanatlarının Ekstraklasanın 18-ci turunda “Visla”ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın bəzi legioner futbolçularına hücumu nəticəsində başından xəsarət alan millimizin üzvünün baş verənlərə görə Polşa təmsilçisindən ayrılmaq istədiyi yazılır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button