GündəmManşetSiyasət

MN: Kəlbəcər istiqamətində vəziyyət gərginləşib: düşmən 5 itki verib, yaralılar var…

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Oqvat.com xəbər verir ki, qeyri-rəsmi məlumatlarda isə bugünkü atışmanın bəzi təfərrüatları belə ifadə olunub: “Ermənistan ordusunun Kəlbəcər rayonu ilə sərhəddə yerləşən postlarının birindən Azərbaycan ordusuna məxsus post atəşə tutulub. Postlar arasındakı məsafənin 50 metr olduğu bildirilir. Hərbi qulluqçumuz snayperdən açılan atəş nəticəsində şəhid olub.

Daha sonra ordumuz düşmənə cavab atəşi açıb. Atışmalar nəticəsində Ermənistan ordusuna məxsus həmin post əsgərlərimiz tərəfindən məhv edilib və qarşı tərəfin 5-ə yaxın hərbçisi ölüb və çox sayda yaralı var. Ərazidə -15 dərəcə şaxtanın olduğu, düşmənin yaralılarını və hərbi postu qoyaraq qaçdığı iddia olunur.

Bənzər yazılar

Back to top button