Cəmiyyət

Yaxın üç gün ərzində meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti olacaq

Bazar günü Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var, şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək, bu barədə Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yaxın günlərdə cənub küləyi – “gilavar” tez-tez şimal küləyi – “xəzri” ilə əvəz olunacaq, bu, atmosfer təzyiqində ciddi dəyişikliklərə səbəb olacaq ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0 dərəcədən 5 dərəcəyə qədər şaxta olacaq.

Bənzər yazılar

Back to top button