İqtisadiyyat

Ümumi daxili məhsul: yekun hesabat

Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2021-ci ildə Azərbaycanda 92 milyard 857,7 milyon manatlıq, əvvəlki illə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, qeyri neft-qaz sektorunda 7,2 faizlik, neft-qaz sektorunda 1,8 faizlik artım qeydə alınıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 9269,3 manat göstərilir.

Novator.az bildirir ki, 1995-ci ildə Azərbaycanda ÜDM əvvəlki ilə nisbətən 11,8 faiz geriləyib.

Sonrakı illərdə ümumi daxili məhsulun həcmi artıb. Ən böyük yüksəliş 2006-cı ilə düşüb: 34,5 faiz.

2016-cı ildə Azərbaycanda ÜDM istehsalı 3,1 faiz azalıb.

2017-2019-cu illərdə artım olub, 2020-ci ildə ÜDM istehsalı 4,3 faiz geriləyib.

Bənzər yazılar

Back to top button