CəmiyyətSiyasət

İdarəolunan ictimai strukturlar dövlətə yükdür

Dövlət, ictimai institutların fəaliyyətini tənzimləməlidir və idarəetmədə onların köməyindən yararlanmalıdır. Təcrübə göstərib ki, idarəetmənin effektivliyini artıran ən güclü vasitə, vətəndaş cəmiyyətindən dəstək almaqla məsuliyyəti bölüşməkdir.

Sıradan çıxarma və tamamən idarəolunan formaya salınan ictimai strukturlar isə dövlətə yükdür. Əlavə olaraq onları da idarə etmək dövlət strukturlarını aşındırır, səmərəsiz xərclər yaradır, cəmiyyətdə radikalizmi artırır, ölkə üçün risklər formalaşır. Dövlət strukturları və xüsusəndə hüquq-mühafizə orqanları öz funksiyalarından əlavə yüklə yükləndikcə, siyasiləşirlər, rəhbərliyinə daxil olan şəxslərin məsuliyyəti azalır və nəticədə dövlət hakimiyyəti etibarını itirir.

Ən radikal və barışmaz kimi görünən və göstərilən lider və ya təşkilatın, ən ağıllı yollarla idarə edilməsi, radikalizmin yaranmayacağına təminat vermir.

Ən güclü beynəlxalq mərkəzlərin dəstək verə biləcəyi liderin həbsdə saxlanması və təşkilatının qorxudulması , ona nə zamansa verilə biləcək dəstəyin önlənməsinə təminat vermir.

Ən sekulyar İslam ölkəsində, ədalətsizliyin və haqsızlığın artan xəttlə davam etməsi, cəmiyyətin teokratik sistemə meyllənməməsinə təminat vermir.

Ən etibarlı və sədaqətli dövlət məmurunun ictimai-siyasi işlərə qeyri-qanuni müdaxiləsinə imkan tanımaq, nə zamansa onun şəxsən özündə böyük siyasi iddiaların baş qaldırmayacağına təminat vermir.

Sahib Kərimli

Bənzər yazılar

Back to top button