GündəmİqtisadiyyatManşet

Samir Şərifov Kəmaləddin Heydərovun pulunu kəsdi: – FHN-də maaş böhranı

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 2 aydır maaş ala bilmir.

AzToday.az xəbər verir ki, artıq FHN-in ayrı-ayrı qurumlarında işləyən əməkdaşlar sosial şəbəkələrdə maaş ala bilməməsi ilə bağlı açıq etirazlarını bildirməyə başlayıblar. Onların yazdığına görə, maaşlarının gecikməsinin səbəbi maliyyə naziri Samir Şərifovdur. Məlumatda bildirilir ki, Samir Şərofov FHN-ə pul ayrılmasını qəsdən yubadır.

FHN-in 21 qurumunun işçilərinin 52 gündür maaşsız qalması ilə bağlı AzToday.az-a daxil olan məlumatda bildirilir ki, FHN-in qurumlarinda acınacaqlı vəziyyət hökm sürür.

FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov AzToday.az-a açıqlamasında işçilərin maaşının gecikməsi ilə bağlı deyilənləri təkzib etdi. O bildirdi ki, heç bir maaş gecikməsindən söhbət gedə bilməz.

İlqar Gülməmmədov

Bənzər yazılar

Back to top button