Siyasət

Ermənilərin hərbi cinayətləri barədə sübutlar Ermənistana təqdim olundu

Azərbaycan tərəfinin ermənilərin hərbi cinayətlərinin sübutu kimi təqdim etdiyi videomateriallar Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar vasitəsilə Ermənistan ombudsmanına ötürülüb.

Qaynarinfo xəbər verir ki, bunu oktyabrın 20-də jurnalistlərə müsahibəsində Ermənistan ombudsmanı Kristine Qriqoryan deyib.

Onun sözlərinə görə, bütün bunlar 2020-ci ilə aiddir: “Hüquqi qiymət vermək üçün onları Baş Prokurorluğa göndərmişəm. Mən reaksiya gözləyirəm”.

Bənzər yazılar

Back to top button