GündəmManşetSiyasət

Azərbaycanda korrupsiyanın real durumu: Avtomobil oğrusu 200 minlik tenderi necə qazanıb?

Azərbaycan korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 128-ci sırada yer alıb.

Bunu Beynəlxalq Şəffaflıq Təşkilatı (“Transparency İnternational”) 2021-ci il üçün açıqladığı hesabatda qeyd edib.
Cədvəldən də gördüyünüz kimi, Gürcüstan və Ermənistanla müqayisədə vəziyyətimiz çox pisdir.

Kimsə deyirsə ki, “Transparency İnternational”ın hesabatı qərəzlidir.

Onda, bunu deyənlər üçün minlərlə faktın içindən təkcə bir faktı paylaşacam və vəziyyətin əslində “Transparency İnternational”ın hesabatından daha ağır olduğunu görəcəksiz.

Deməli, 2020-ci ilin sentyabr ayında Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları avtomobili oğurlamaqda təqsirli bilinən Rzaquliyev İrşad Elham oğlunu saxlayıblar. Üzərindən narkotik maddə də tapıblar.

Avtomobil oğrusu və narkotik istifadəçisi böyük ehtimalla həbs olunmalıdır. Ancaq, necə olursa, bu hadisədən cəmi 5 ay sonra – 2021-ci ilin yanvar ayının 27-də, yəni bir gündə avtomobil oğrusu 5 fərqli ünvanda 5 şirkət qeydiyyatdan keçirir.

Avtomobil oğrusu və narkomanın (özü etiraf edib) direktor olduğu 5 şirkətdən biri (“Mantı LM Group” MMC) cəmi 4-5 ay sonra 200 min manatlıq tenderin qalibi olur.


P.S. Bu cür halları araşdırmaq və tədbir görməyə məsul olan Baş Prokurorluğun əməkdaşları isə sosial şəbəkələrdə kimin-kimə nə yazdığını izləməklə məşğuldular…

Allahverdi Aydın

Yazı müəllifin facebook səhifəsindən götürülüb.

Bənzər yazılar

Back to top button