Hadisə

Oqtay Şirəliyevin bacısından şikayət var – “100 manat keçirib qəbuluna düşəsən gərək…”

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən və onun rəhbərliyindən buna qədər də şikayətlər yetərincə olub.

Dia.az bildirir ki, amma buna rəğmən bu vaxta qədər kimsə keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin doğmaca bacısı olan Rəna Şirəliyevaya güldən ağır söz də deyə bilməyib və bu gün də vəziyyyət belədir. Elə aşağıdakı şikayətlərdən də anlaşılanı budur:

Hilal Aydın adlı istifadəçi “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında bildirir:

“Mən Multipl Skleroz xəstəsiyəm. Bu xəstəliyin müalicəsi və profilaktikası üçün Cənab Prezident İlham Əliyev proqram imzalamışdır ki, hər şey dövlət tərəfindən təmin olunsun.

Lakin, Rəna Şirəliyeva RDM də DS xəstələrini 100 manata qəbul edir, 1996 cı ildə istehsal edilən ən zəif avonex dərmanı verir o da 2 həftədən bir. Dozanı artırmaq üçün yenə 100 manat keçirib qəbuluna düşəsən gərək.

Biz DS xəstələri müalicəmizin digər ölkələrdə aparıldığı kimi tam təmənnasız və müasir pereparatlarla aparılmasını istəyirik.

Bu xəstəlik sonu olmayan və əlil edən bir xəstəlikdir. Xahiş edirəm biganə qalmayaq və xəstə olmayanlar da bizə dəstək olsun bu məsələdə”.

“Mənim atam bu xəstəlikdən vəfat edib. Azərbaycanda 2 il həkim gəzdik. Heç bir həkim diaqnoz qoya bilmədi. Axırda Rusiyada diaqnoz qoyuldu. Diaqnoz qoyulan vaxt isə artıq xəstəlik irəliləmişdi. Düzdür, bir müddət hormonal dərmanlar yaxşı təsir etdi. Amma bir müddət sonra təsiri itdi. Cavan insanlarda isə bu xəstəliyin öz-özünə keçib getməsi çox hallarda müşahidə olunub.

Ümumiyyətlə, Azərbaycanda yıxılana vurmaq adətdəndir. Milli adətimiz. Orda nəinki Rəna Sirəliyeva, hətta Hacı Nuran belə otursa, rüşvət alacaq. Biz millet olaraq beləyik. Rüşvet verməyənə və almayana pis gözlə baxırıq. Rüşvət qanımıza işləyib”.

İddia olunanlarla bağlı qarşı tərəfi dinləməyə hazırıq…

Bənzər yazılar

Back to top button