Siyasət

Paşinyan: “Yerevan və Bakı dəmir yolunun açılmasına yaxındır”

Rusiyanın vasitəçiliyilə Ermənistan və Azərbaycan dəmir yolunun tikintisinə və bərpasına çox yaxındır ki, bu da regionda kommunikasiyaların açılması deməkdir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.

“Dünən Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk və Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov Yerevana işgüzar səfərə gəliblər. Onlar baş nazirin müavini Mqer Qriqoryanla görüşüblər. Demək istəyirəm ki, biz kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun ilk əməli nəticəsini qeyd etməyə çox yaxınıq. Dünənki görüş Yerasx – Culfa – Ordubad – Mehri-Horadiz dəmir yolunun tikintisinin başlanması ilə əlaqədar olub”, – o qeyd edib.

“Bizim ölkəmizin ərazisində dəmir yolu Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək. Hazırda texniki məsələlər, layihənin maliyyələşdirilməsi və işlərin başlanması aspektləri müzakirə olunur”, – o qeyd edib.

Öz növbəsində, baş nazirin müavini Mqer Qriqoryan bildirib ki, Ermənistan dəmir yolunun operatoru “Rusiya Dəmir Yolları”şirkəti olacaq.(Turan)

Bənzər yazılar

Back to top button