GündəmHadisə

Manaf Ağayev saxlanıldı (RƏSMİ)

Bu gün sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib:

“Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar.

Bununla bağlı onların izahatları alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Bənzər yazılar

Back to top button