Dünya

Rusiya alimləri COVİD-19-un 100-dən çox ştamını üzə çıxardı

Dövlət Tədqiqat Virusologiya və Biotexnologiya Vektoru Rospotrebnadzor mütəxəssisləri yeni koronavirusun 100-dən çox ştammını təyin edib. Ancaq kəşf edilən mutasiyalar onun xüsusiyyətlərində ciddi dəyişikliklərə səbəb olmur.

Qaynarinfo xəbər verir ki, bu haqda Rospotrebnadzordan bildiriblər.

“Vektor”un hədəflərindən biri erkən mərhələlərdə mutasiyaları aşkar etmək və öyrənməyə başlamaq üçün virusların dəyişkənliyini izləməkdir. Bu, xəstəliyin düzgün diaqnozuna inamın olması (dəyişdirilmiş virus mövcud diaqnostika dəstləri tərəfindən tanınmaya bilər) və ya xəstələrin müalicəsinin effektivliyini təsdiqləmək üçün vacibdir.

Bənzər yazılar

Back to top button