İqtisadiyyat

Rusiyadan sanksiyalara SƏRT CAVAB – xaricilərin 350 milyard dolları batacaq

Rusiya bütün dünyadan üzərinə sel kimi axan sanksiyalara qarşı əks-addımlar atmağa başlayıb.

Belə ki, Rusiya Mərkəzi Bankının qərarına əsasən bu gündən etibarən xarici subyektlər əllərində tutduqları Rusiya qiymətli kağızlarını (istiqaraz, səhm və s.) sata bilməyəcəklər. Bankın bütün broker şirkətlərinə əcnəbilərin müraciətinə əsasən onların sərəncamındakı qiymətli kağızların satışını həyata keçirməyi qadağan edib.

Xaricilərin əlində nə qədər rus mənşəli qiymətli kağız olduğu barədə MB açıqlama verməyib.

İqtisadçı-ekspert Rövşən Ağayevin dediyinə görə, Bankın 2021-ci ilin oktyabrına ölkənin Beynəlxalq İnvestisiya Mövqeyinə dair ən son məlumatında bu haqda bilgi var: “Həmin məlumata görə, xaricilərin Rusiya portfel investisiya yatırımlarının həcmi 300 milyard dollardan çoxdur. Həmin məbləğin 70 milyard dollardan çox hissəsi hökumətin istiqrazlarına, 220 milyard dolllara yaxını isə səhmlərə yatırımlardır. Yeri gəlmişkən, həmin mənbəyə görə, əcnəbilərn Rusiya maliyyə sistemində 70 milyard dollara yaxın da depozitləri mövcuddur”.

Bənzər yazılar

Back to top button