HadisəİqtisadiyyatManşet

ZİYA MƏMMƏDOVA DAHA BİR ZƏRBƏ – Şəxsi təyyarəsi əlindən alındı!

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bugünlərdə daha bir zərbə alıb. Onun şəxsi təyyarəsini, belə demək olarsa, müsadirə ediblər. Bu barədə azadlıq.info məlumat yayıb.

Məllumatda bildirilir ki, Ziya Məmmədovun “Gulf Stream” markalı şəxsi təyyarə aldığı 2012-ci ilin yayında bəlli olub. Həmin dövrdə şəxsi təyyarə alması Ziya Məmmədova tanınan üstün imtiyaz kimi qiymətləndirilib: “Ziya Məmmədov şəxsi təyyarəni, o vaxtkı məlumatlara görə, özlərinə məxsus “ZQAN” (sonradan “GRAND”) holdinqin adına rəsmiləşdirmişdi. Deyilənlərə görə, təyyarədən son illərdə əsasən keçmiş nazirin oğlu Anar Məmmədov istifadə edirmiş”.

“İndi bəlli olur ki, səlahiyyətləri hissə-hissə əlindən alınıb hökumətdən qovulan Ziya Məmmədovun bu imtiyazı da ləğv edilib. Ondan şəxsi təyyarəsini “dinməz-söyləməz gətirib təhvil vermək” tələb olunub və tələb yerinə yetirilib”, deyə məlumatda bildirilir.

Məlumatda artıq Ziya Məmmədovun olmayan təyyarəsinin “Silkway” hava yolları şirkətinin anqarında saxlanıldığı iddia edilir. Və Ziya Məmmədov “vurulandan” bəri onun və ailə üzvlərinin, o cümlədən oğlu Anar Məmmədovun əksər gəlirli bizneslərinin və əmlaklarının əllərindən alındığı da əlavə olunur.

Bənzər yazılar

Back to top button