İqtisadiyyat

Azərbaycanlılar Rusiyada ticarət əməliyyatları üçün valyuta alırlar – Rus ekspertin ehtimalı

Martın 11-də Azərbaycan Mərkəzi Bankın valyuta hərracında dollara tələbat 9 mart hərracı ilə müqayisədə 3,7 dəfə artaraq 54,6 milyon dollar təşkil edib. Yəni 2 günə azərbaycanlı alıcılar arasında dollara tələbat təxminən 4 dəfə artıb. Bunun səbəbi nədir?

Turan bu sualı Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayeva verib.

O, Azərbaycandakı iqtisadi hadisələri izləyir. Rusiyaya qarşı embarqo tətbiq ediləndən sonra Aleksandr Karavayev “Meta”da xüsusilə sənaye zonalarında Azərbaycan biznesi üçün açılan imkanlar barədə yazıb: “…Azərbaycan infrastrukturunun və vergi rejimlərinin hazırlığı məsələsi, çünki Rusiyada Azərbaycan üçün daha həcmli iqtisadiyyat və birbaşa nəqliyyat imkanları var. Sumqayıt kimya-sənaye parkı daha yaxşı inkişaf edib, orda məhsulların yarısı ixraca gedir, əsas SOKAR Karbamid, SOKAR Polimer zavodu. Pirallahı sənaye parkında əczaçılıq…”

Valyutaya tələbatın kəskin artması ilə bağlı suala cavab verən Aleksandr Karavayev deyib:

– Azərbaycanda Mərkəzi Bankın hərracında valyuta alışını Ukraynadakı müharibə stimullaşdırır. Azərbaycanlılar bahalaşma və təkcə ərzağın deyil, tikinti materiallarının, məiçət texnikasının, geyimin mümkün qıtlığını gözləyir… Möhkəm valyutaya yatırım etmək istəyi var.

Rusiya və Azərbaycan iqtisadiyyatları ərzaq bazarlarının, diaspordan olan iş adamlarının inteqrasiyasında çox sıx bağlıdır. Azərbaycan Rusiyadan xeyli məhsul idxal edir və öz mallarını Rusiyaya ixrac edir. Dolların rubla nisbətdə bahalaşması tanıdığım azərbaycanlılar tərəfindən həyəcanla qarşılanır. Onlar sanksiyaların dolayı yolla Azərbaycana keçəcəyindən ehtiyat edirlər. Bu, dəqiq baş verəcək və insanlar sığortalanmaq istəyirlər. Rusiyada nağd dollar və avro qıtlığı olacaq. Həftənin sonunda Rusiya Federasiyası Mərkəzi Bankı depozit hesablarının altı ay müddətinə dondurulması haqqında qərar qəbul edib və bu müddət ərzində maksimum 10 min dollara qədər xarici valyuta verilə bilər. Rusiya Federasiyasında xarici valyuta alışına məhdudiyyət var. Məhdudiyyətlərdən müxtəlif üsullarla yan keçmək olacaq, lakin məzənnəyə təsiri olacaq. Digər tərəfdən dəmir pərdə, prezident Bayden Rusiyaya nağd dolların tədarükünə qadağa qoyub. Əvvəllər dolların gətirilməsi Rusiya banklarının sifarişi əsasında olurdu. Nəticədə Rusiya Federasiyasının qonşu ölkələrlə əvvəllər rublun dollara məzənnəsi ilə hesablanan ticarət əməliyyatları çətinliyə düşəcək. Çox şey dollara bağlı idi. İndi valyuta qıtlığıdır, valyuta ilə hesablaşmalar çətinləşib. Bu ənənəvi əlaqələri tez bir zamanda rublun məzənnəsinə, məsələn, yuana və ya qızıl məzənnəsinə uyğunlaşdırmaq mümkün deyil. Köhnə maliyyə sxemləri isə bloklanıb. Qalır vasitəçi ölkələr vasitəsilə banklararası koordinasiya imkanlarının yaradılması imkanları. Burada hər iqtisadi subyekt özünə lazım olduğu kimi edəcək.

Əgər hökumətlərarası səviyyədə yaxud Rusiya Federasiyası ilə Azərbaycanın iri şirkətləri səviyəsində hesablaşmalar rubl dəhlizi ilə aparılacaqsa, iqtisadiyyatın kiçik və orta səviyyələrində ticarət əlaqələrinin təmin edilməsi üçün kiçik və orta biznes səvyyəsində Azərbaycandan Rusiyaya dollar və avronun keçirilməsini gözləmək olar. Rusiyada azərbaycanlıların da iştirak edə biləcəyi kölgə valyuta bazarı qaçılmaz olaraq fəaliyyətə başlayacaq.

Bənzər yazılar

Back to top button