Siyasət

Avropa İttifaqı Şurasının sədri və Azərbaycan prezidenti Ukraynanı müzakirə ediblər

Martın 14-də Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon söhbəti olub.

“Bu gün Azərbaycan prezidenti ilə Ukraynada vəziyyətin inkişafını, regional təhlükəsizliyi və bu müharibənin Cənubi Qafqaza təsirini müzakirə etdik.

Ötən həftə Nikol Paşinyanla görüşdə də bu məsələləri müzakirə etmişdim.

Avropa İttifaqı sabit, dinc və firəvan Cənubi Qafqazı dəstəkləməyə davam edəcək”, deyə Mişel Tvitter-dəki hesabında yazıb.

Bənzər yazılar

Back to top button