Bizim seçimGündəmHadisəManşet

Məmur övladlarının insan ölümünə səbəb olduğu qəzalar – SİYAHI

Bu gün tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcov idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili ilə 24 yaşlı qızı vurub. Hadisə yerindən qaçan sürücünü polis əməkdaşları saxlaya bilib.

Bu nə ilk, nə də sonuncu belə hadisədir. Ümumiyyətlə, son illərdə biznesmen övladlarının, məmur balalarının törətdiyi qəzalarda çoxlu sayda sadə vətəndaş həyatını itirir. Bu qəzalara səbəb nədir? Ehtiyyatsızlıq, yüksək sürət, yoxsa özbaşınalıq?

Qaynar.az vəzifə sahiblərinin və biznesmen övladlarının törətdiyi qəzaları rəqdim edib:

Xatırlayırsınızsa bir neçə il öncə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini olan Mübariz Mədətovun oğlu Xalid Mədətov “Mercedes-Benz G-55” markalı avtomobilini yüksək sürətlə idarə etdiyi üçün qəza törətmiş və hadisə nəticəsində Azərbaycan Respublikasının xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi dünyasını dəyişmişdi. Bu cinayət cəzasız qalmadı. Xalid Mədətov vəzifəsindən uzaqlaşdırıldı, oğlu isə həbs olundu, lakin bir müddət əvvəl amnistiya ilə sərbəst buraxıldı.

Mübariz Mədətov

2016-cı ildə Respublika Klinikasının keçmiş baş həkimi, Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olmuş Yuzasif Kərimovun oğlu Rəhim Kərimov “Real” Məhdud Məsuliyyətli Müəssisəyə məxsus olan “Mercedes-Benz S350” markalı avtomobili ilə yol hərəkət qaydasını kobud şəkildə pozaraq qəzaya səbəb olub və məhkəmə hakimi olan Elbəy Allahverdiyevin oğlu, ADA-nın 3-cü kurs tələbəsi olmuş Rüfət Allahverdiyev hadisə zamanı həyatını itirib.

Rüfət Allahverdiyev

Mətbuatda bir vaxtlar “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyindəki Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovun oğlu Vüqar Səfərovun idarə etdiyi “Hyundai Tucson” markalı avtomobili içkili halda, yüksək sürətlə idarə etdiyi üçün idarəetməni itirərək “Lada 2107” markalı avtomobillə toqquşması və Ləzgiyev Ceyhun Novruz oğlunun dünyasını dəyişməsi ilə bağlı xəbərlər yayılsa da, İlyas Səfərov oğlunun belə maşını olmadığını iddia etmişdi.

İlyas Səfərov

Qubada bələdiyyə sədri olmuş Elxan Əliyevin oğlu Bəhram Əliyev idarə etdiyi “Mersedes” markalı avtomobillə 45 yaşlı sakin İmran Vaqif oğlu Əliyevi vurmuş, piyada hadisə yerində dünyasını dəyişmişdi.

Ötən ilin may ayında Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu Nicat Abdullayev avtoxuliqanlığa görə həbs edilib. 20-yə yaxın yol polisini arxasınca aparan gəncin içkili olduğu məlum olub.

Nicat Abdullayev

Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyevin oğlu İdris Hənifəyevin idarə etdiyi “Galendewagen” markalı avtomobillə ABŞ səfirliyinə məxsus GMC markalı maşın toqquşmuş və səfirlik əməkdaşı yüngül xəsarət almışdı.

Bu siyahını uzatmaqla bitirmək mümkün deyil. Məmur balalarının törətdiyi qəzalara nəzər yetirsəniz hamısında bahalı avtomobil olduğunu görərsiniz. Bu avtomobillər haradandır, hansı qazancla əldə edilib onsuz da hamımız bilirik. Hətta prezident İlham Əliyev də dəfələrlə məmurlara öz övladlarının, ailə üzvlərinin hərkətəlrinə nəzarət etməyi tapşırıb, qanunları pozan məmur övladlarının cəzalandırmasını tələb edib. İndiyədək bir neçə məmurun övladı və qohumu cəzalandırılıb, özləri işdən çıxarılıb. Lakin görünür digərləri bundan nəticə çıxartmayıb…

Bənzər yazılar

Back to top button