CəmiyyətGündəm

Qəbələdə tibb işçilərindən qeyri-qanuni pul yığılır (ŞİKAYƏT)

Qəbələ rayonunda səhiyyə işçilərindən qeyri-qanuni pul yığılır.

AzToday.az saytına daxıl olan şikayətlərdə bildirilir ki, Qəbələdə həkimlər başda olmaqla tibb bacıları və s. səhiyyə işçilərindən minimum 50 manat istənilib. Pulun hansı məqsədlə yığıldığı bilinməsə də, rayon səhiyyəsinə rəhbərlik edən şəxslər işçilərdən prosesin gizli qalmasını tələb ediblər. Bu səbəbdən də şikayətçilər adlarının gizli qalmasını xahiş edirlər.

Onların sözlərinə görə, Qəbələ səhiyyəsində söz sahibi olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rayon üzrə rəhbəri olan Sabir adlı şəxs vaxtaşırı bu cür yığımlar həyata keçirir.

Sabir adlı şəxsin əsl kimliyi ilə bağlı müxtəlif iddialar var. Onun böyük biznesə və bahalı imarətlərə də sahib olduğu deyilir.

Qəbələ səhiyyəsində baş verənlərlə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bənzər yazılar

Back to top button