Dünya

Conson Zelenskiyə sığınacaq təklif edib

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Vladimir Zelenski və ailəsinə sığınacaq təklif etdiyini bildirib.

APA-nın xəbərinə görə, bu barədə Sunday Times qəzeti məlumat yayıb.

“Biz bu məsələni çoxdan müzakirə etmişik. Deməliyəm ki, Vladimir hər zaman bir məsələni açıq bildirib ki, Ukrayna xalqına borcludur və ölkədə qalaraq xalqın qayğısına qalmaq istəyir. Onunla fəxr edirəm” – deyə Conson vurğulayıb.

Bənzər yazılar

Back to top button