Cəmiyyət

Təhsil ekspertindən ali məktəblərə ödənişlə bağlı təklif

“Dərs keçirilmədiyi üçün təhsil haqlarının müəyyən hissəsi geri qaytarılmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə verdiyi qərarı şərh edərkən deyib. Ekspert qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrində dərs olmadığına baxmayaraq, tələbələr təhsil haqqını ödəyiblər:

“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu bu məqsədlə 40 milyon manat ayrılıb. Yeni qərar kifayət qədər şəxsə, azı 20 min tələbənin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini əhatə edəcək. Burada bir maraqlı nüans var ki, hazırda 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbənin 60 faizi ödənişli əsaslarla təhsil alır və onların böyük əksəriyyəti qış sessiyasında iştirak etmək üçün təhsil haqlarının qalan hissəsini ödəyiblər. Baxmayaraq ki, hazırda ali və orta ixtisas təhsili müəssisələrdə dərs yoxdur, amma tələblər təhsil haqqını ödəyiblər. Deməli, tələbələrin dərs keçirilmədiyi üçün təhsil haqları və ya onun müəyyən hissəsi geri qayıtmalıdır”.

Kamran Əsədov bildirib ki, pandemiyanın vurduğu zərərə görə təhsil haqqı ödənişi dövlət tərəfindən ödəniləcək tələbə kateqoriyasına aid olan tələbələr var ki, onlar təhsil haqlarını ödəyiblər:

“Qərarda deyilir ki, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu o deməkdir ki, hətta həmin kateqoriyaya aid olan şəxslər təhsil haqqını ödəyibsə, onların da təhsil haqları ödəniləcək. Deməli, ailələri – ünvanlı dövlət sosial yardımı alanlar; – hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: – I və II dərəcə əlilliyi olan şəxslər; – işsiz kimi qeydiyyatda olanlar; – yaşa görə əmək pensiyaçıları; – yaşa görə sosial müavinət alanlar. Bu kateqoriyaya aid olan tələbələr təhsil haqlarını ödəyiblərsə, onların ödədikləri təhsil haqları geri qaytarılacaq. Bu, həm indi davam edən ikinci semestrə, həmdə 15 sentyabrdan başlayacaq semestrə şamil olunur”.

Bənzər yazılar

Back to top button