GündəmManşetSiyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın ittihamlarına cavab verib

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini davam etdirir. Belə ki, bir neçə gün öncə Azərbaycanda keçirilən tədbirdə beynəlxalq təşkilatların iştirakı ilə bağlı növbəti belə cəhddən sonra Ermənistan Xarici İşlər Nazirliyi indi də başqa məsələ ilə bağlı eyni işləri görür. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva Qarabağın qaz təchizatı ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin Bakının ünvanına əsassız iitihamları ilə əlaqədar bildirib.

Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır, Abdullayeva deyib.

“Ermənistana tövsiyə edərdik ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri icra etsin, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əmin-amanlığa töhfə versin”, -Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

Bənzər yazılar

Back to top button