İqtisadiyyat

Azərbaycanda istehsal olunan karbamidin ilk ixrac partiyasının dəmir yolu ilə daşınmasına başlanılıb

“Azərbayacan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC SOCAR-ın Karbamid zavodunda istehsal olunan karbamidin ilk ixrac partiyasının dəmir yolu ilə daşınmasına start verib.

“Report”un xəbərinə görə, hər birisinin çəkisi 800 kq olan böyük kisələrdə (biq baq) daşınan karbamidin ümumi çəkisi 1984 ton təşkil edib.

Karbamid zavodundan yük avtomobilləri ilə H.Z.Tağıyev stansiyasına çatdırılaraq, burada ADY Express şirkətinin təqdim etdiyi 40 ədəd yarımvaqona yüklənib və yola salınıb. Gürcüstandakı tərəfdaş şirkəti olan “GR Logistics and Terminals” şirkəti ilə birgə, ADY Express karbomidi Batumi limanına nəql edir. Buradan yük, dəniz vasitəsi ilə, Latın Amerikasında olan alıcıya çatdırılacaq.

Yaxın zamanda karbamidin daha böyük partiyasının xaricə nəql olunması planlaşdırılır.

Xatırladaq ki, SOCAR Carbamide zavodu 16 yanvar 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilib. Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin, təxminən, 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə ildə 160 milyon dollara qədər əlavə gəlir əldə etməyə imkan verəcək. SOCAR karbamid zavodu hazırda qeyri-neft sektorunda həyata keçirilən, ümumi dəyəri təxminən 800 milyon avro olan ən böyük layihədir.

Bənzər yazılar

Back to top button