İdman

Messi millinin düşərgəsinə ucuz geyimdə gəldi – FOTO

Argentina millisinin artıq dünya çempionatına vəsiqə qazanmasına baxmayaraq, baş məşqçi Lionel Skaloni Lionel Messini Venesuela və Ekvadorla son iki seçmə matçına dəvət edib.

Fanat.az xəbər verir ki, ötən gecə Argentinaya yollanan PSJ-nin ulduzu bu dəfə geyimi və idman ləvazimatları ilə müzakirəyə səbəb olub.

Yerli mətbuat iddia edib ki, adətən brend markalı və bahalı paltarlar geyinən Messi bu dəfə fərqli davranıb. Argentinalı jurnalistlərin hesablamalarıma görə, o, milli komandanın düşərgəsinə 6800 avro dəyərində avadanlıqla gəlib.

Messinin üzərində 3900 avro dəyərində “Louis Vuitton” çamadanı, belində isə 2900 avro dəyərində “Louis Vuitton” bel çantası olub.

Bundan başqa, onun əynində qiyməti 445 avro olan “Dsquared” markalı köynək, 590 avroluq şalvar və ayağında “Dolce & Gabbana” idman ayaqqabısı olub ki, bu da 650 avroya yaxındır.

Bənzər yazılar

Back to top button