Siyasət

İlham Əliyev Yunanıstan Prezidentinə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu göndərib.

AzToday.az xəbər verir ki, təbrikdə deyilir:

“Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.

Bənzər yazılar

Back to top button