Dünya

Kreml Abramoviçin Ukrayna ilə bağlı danışıqlarda vasitəçi qismində çıxış etdiyini bildirir

Milyarder Roman Abramoviç Ukrayna ilə danışıqlarda Rusiya komandasının rəsmi üzvü deyil, lakin iki tərəf arasında “müəyyən əlaqələri təmin etmək” üçün Türkiyədəki danışıqlarda iştirak edir, deyə Kreml Çərşənbə axşamı bildirib.

Prezident Vladimir Putinlə əlaqələri səbəbindən Moskvanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Qərbin sanksiyaları altında olan Abramoviç çərşənbə axşamı İstanbulda iki həftədən artıq birbaşa sülh danışıqlarında iştirak edib.

“Roman Abramoviç Rusiya və Ukrayna tərəfləri arasında müəyyən əlaqələrin təmin edilməsi ilə məşğuldur”, deyə Kremlin mətbuat katibi Dmitri Peskov telefonla konfrans zamanı jurnalistlərə bildirib.

“O, nümayəndə heyətinin rəsmi üzvü deyil… buna baxmayaraq, bu gün o da bizim tərəfimizdən İstanbulda iştirak edir”, – deyə o bildirib.

“İki tərəf arasında təmasların həyata keçirilməsi üçün hər iki tərəfdən razılıq əldə etmək lazımdır, Abramoviçlə bağlı halda isə bu, hər iki tərəfdən təsdiq olunur”, deyə o əlavə edib. (Turan)

Bənzər yazılar

Back to top button