Dünya

Kramatorsk vağzalına raket zərbələri endirilib, onlarla adam həlak olub

Aprelin 8-də səhər Rusiya qoşunları Donetsk vilayətində Kramatorsk şəhəri dəmiryol vağzalına iki raket zərbəsi endirib.

İlkin məlumatlara görə, 30 nəfər həlak olub, yüzlərlə adam yaralanıb.

İlkin məlumatlara görə, zərbələr “İsgəndər” raketləri ilə endirilib. Hücum zamanı vağzalda Donbasdan təhlükəsiz sahələrə evakuasiya olunan minlərlə adam olub. Hazırda Ukrayna hökuməti Xarkov, Luqansk və Donetsk vilayəti əhalisini evakuasiya edir.(Turan)

Bənzər yazılar

Back to top button