İqtisadiyyat

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin ötürülməsi haqqında saziş imzalayıblar

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan liderləri dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalayıblar. Sənəd Azərbaycan prezidenti İlham Əliyev, Rumıniya baş naziri Nikolae Çuke, Gürcüstan baş naziri İrakli Qaribaşvili və Macarıstan baş naziri Viktor Orbanın iştirakı ilə keçirilən sammitin yekununa görə imzalanıb.

Sazişin imzalanması mərasimində Rumıniya prezidenti Klaus Yohannis və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də iştirak ediblər. Sənəd Azərbaycandan elektrik enerjisinin Gürcüstan və Qara Dəniz vasitəsilə Rumıniyaya və Macarıstana ötürülməsi üçün infrastruktur yaradılmasını nəzərdə tutur.

Bənzər yazılar

Back to top button