İdman

Diqqətlər İspaniyaya – “El Klassiko” var

Bu gün bütün futbolsevərlərin diqqəti yenidən İspaniyaya yönələcək.

Qol.az xəbər verir ki, La Liqada 10-cu turdan təxirə salınmış “Barselona” – “Real” oyunu keçiriləcək.

“El Klassiko”ya marağı artıran bir məqam da hazırda komandaların eyni xala malik olmasıdır. “Barselona” və “Real” 35 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşür.

“Nou Kamp”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button