İdman

“Real” Modriçə yeni müqavilə təklif edəcək

Madrid “Real”ı xorvatilı yarımmüdafiəçisi Luka Modriçə yeni müqavilə təklif edəcək.

Fanat.az xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano “Twitter” hesabında yazıb:

“Real” və Luka Modriç planlarını dəyişməyiblər. Onlar növbəti mövsümə birlikdə davam etmək istəyirlər. Müqavilə iki aydan sonra başa çatır və Madrid klubu may ayında Modriçlə Vinisius Tobiasa müqavilənin uzadılmasını təklif edəcək”.

Fabritsio Romanonun xəbəri Modriçin Çempionlar Liqasının 1/4 finalında “Real”ın “Çelsi”ni məğlub etdiyi dramatik matçın oyunçusu seçildikdən sonra gəlib. Modriç oyunda ilk qola assistentlik edib, bu da “Real”ı əlavə vaxta aparıb. Əlavə vaxtda isə Kərim Benzema “Real”ı Çempionlar Liqasının yarımfinalına daşıyan daha bir qola imza atıb.

Bənzər yazılar

Back to top button